image-2000x150px
image-123
image-ads_atlas
image-interpress_609d013cf2da4b74a1d2b521caf134a6_w64vugrqxc9eka3hln0zbackend

Fransa müstəmləkəçiliyi ən qəddar şəkildə davam etdirən ölkələrdəndir

image-728x90px

Fransanın son zamanlar kəskin şəkildə güclənən antiazərbaycan siyasəti indi mədəniyyət və incəsənət sahəsinə də keçib. Azərbaycan mədəniyyətinin düşmənləri indi diqqətlərini məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 2017-ci ildə ucaldılan abidəsinə yönəldiblər. Xurşidbanu Natəvan bütün Şərqdə və İslam dünyasında görkəmli şairə, rəssam, maarifçi və xeyriyyəçi, qadın azadlığı, qadın hüquqları uğrunda mübariz kimi tanınır, onun əsərləri Azərbaycanda dövlət varidatı elan olunub. Görkəmli fransız yazıçısı Aleksandr Dümanın da əsərlərində bəhs etdiyi Natəvan, eyni zamanda, Azərbaycan və Fransa xalqları arasında dostluğun tərənnümçüsü kimi tanınır. Evian-Le Ba şəhərində baş vermiş rəzalət Fransa hakimiyyətində azərbaycanofobiya, türkofobiya, islamafobiyanın hansı həddə çatdığını əyani şəkildə göstərir.

Vaxtilə özündən 30 yaş böyük dünya şöhrətli yazıçı Aleksandr Dümanı öz zəkası ilə, həm də sözün əsl mənasında şahmat masasında mat edən Natəvanın heykəlinə atılan boya mədəniyyətin, keçmişin, dəyərlərin üzərinə atılan boyadır. Natəvan heç Dümanın qarşısında bürünməmişdi, amma Fransada Natəvanın heykəlini bürüdülər, simasını gizlətdilər, öz simasızlıqlarını əyan elədilər. Açıq-aydın görünür ki, bu ölkədə multikulturalizm dəyərləri arxa plana keçib və irqçi siyasət dövlət siyasəti səviyyəsinə yüksəlib. Yeri gəmişkən, Fransa bu gün dünyada müstəmləkəçiliyi yeni formalarda ən qəddar şəkildə davam etdirən azsaylı ölkələr sırasında yer alır. Fransa yüz illər ərzində əsarətdə saxladığı ərazilərə, Afrika ölkələrinə yaxşı heç nə gətirməyib. Əksinə həmin ərazilərdə Fransanın sömürgə siyasətinin kədərli izləri qalıb – sərvətlər talanıb, ərazilər ölü zonaya çevrilib, insanlar səfalətə sürükləniblər.

Son 3 ildə Makron Fransasının beynəlxalq hüququ necə dəyərsizləşdirdiyinə, millətlərin suveren hüquqlarına necə hörmətsiz yanaşmasına şahidlik etdik. Çox təəssüf ki, bu gün universal dəyər hesab olunan ədəbiyyata da Makron Fransasının fərqli münasibətini görürük. Bu, bütövlükdə, ümumbəşəri dəyərə olan mövqedir. Xanım şairin heykəlinə qarşı törədilən vandalizm ədəbiyyata qarşı həqarətdir. Ədəbiyyatın etnik mənsubiyyəti yoxdur. Vaxtilə erməni faşistləri də Natəvan, Bülbül və Üzeyir bəyin abidələrinə qarşı eyni davranmışdılar.

İndi Şuşadadır o abidələr! Azərbaycan düşmənləri Şuşaya, Xankəndiyə, Xocalıya… görə yanıb-yaxılırlar, ona görə də heykəllərimizdən qisas alırlar. Fransanın nə etməsindən asılı olmayaraq, bu gün xan qızı Natəvanın ruhu şaddır. Şuşa da, Xankəndi də, onun dəfn edildiyi Ağdam da və bütün Qarabağ azaddır. Azərbaycan bütün dinlərin və mədəniyyətlırin buluşma mərkəzinə çevrilməkdədir,siz istəsəniz də,istəməsəniz də Qafqazın parlayan uıduzu Azərbaycandır.

Tənzilə Rüstəmxanlı

Azərbaycan-Türkiyə Evinin,

Azərbaycan Türk Qadınlar Birliyinin sədri

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki