image-2000x150px
image-123
image-ads_atlas
image-shutterstock_2247441907-pic_32ratio_900x600-900x600-6154backend

Fransa xüsusi xidmət orqanları terror aktı hazırlamaqda şübhəli bilinən Donbass sakinini saxlayıb

image-728x90px

Fransada Donbassdan olan şəxs terror aktı hazırlamaqda şübhəli bilinərək həbs edilib.

Fransa hüquq-mühafizə orqanlarının məlumatına görə, iyunun 3-də axşam saatlarında Rusiya və Ukrayna vətəndaşlığı olan 26 yaşlı kişi partlayış nəticəsində yanıq xəsarətləri alıb. Parisin Ruissy-en-France qəsəbəsində, Şarl de Qoll Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən otel otağında partlayış baş verib. Xəsarət alan şəxs yanğınsöndürənlər tərəfindən xəstəxanaya aparılıb və tezliklə əks-kəşfiyyat əməkdaşları tərəfindən həbs edilib.

Donbaslının mehmanxana otağında ammonium nitrat, pul, saxta pasportlar və odlu silah aşkar edilib. Fransa kəşfiyyat xidmətləri hesab edir ki, şübhəli Ukraynaya tədarük edilməli olan hərbi texnikanı məhv etmək üçün partlayıcı qurğular hazırlamağa cəhd edib.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki