Fransada hökumətin sosial xərcləri azaltmaq planlarına qarşı keçirilən etiraz aksiyalarında 300-dən çox şəxs saxlanılıb.
Doğru.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Bruno Retalleau məlumat verib. Onun çıxışı BFMTV kanalında yayımlanıb.
Nazirin sözlərinə görə, ümumilikdə 309 nəfər saxlanılıb, onlardan 134-ü nəzarətə götürülüb.
Bundan əvvəl Ümumi Əmək Konfederasiyası həmkarlar ittifaqı ölkə üzrə mitinqlərdə 1 milyondan çox insanın iştirak etdiyini açıqlamışdı. Lakin Fransa hakimiyyət orqanları bu rəqəmi yarıbayarı az göstərərək 500 min nəfər olduğunu bildirib.
DOĞRU.AZ