Fransada bu gün səhərdən ümummilli nümayişlər keçirilir.
Doğru.az xəbər verir ki, BFMTV-nin məlumatına görə, etirazlar zamanı 327 nəfər saxlanılıb, onların 203-ü Parisdə qeydə alınıb.
Daxili İşlər Nazirliyi Lion şəhərində üç hüquq-mühafizə orqanı əməkdaşının xəsarət aldığını açıqlayıb.
Sentyabrın 10-da ölkə üzrə “Hər şeyi blokla” hərəkatı şüarı altında keçirilən aksiyalar, istefa vermiş baş nazir Fransua Bayrunun təşəbbüs etdiyi qənaət planına qarşı yönəlib. Plan kəsirin azaldılması üçün büdcədən 44 milyard avronun ixtisar olunmasını nəzərdə tutur.
DOĞRU.AZ