image-n1karobka_ads
image-123
image-387513825_199901643172313_7337491724830234649_nbackend

Fransada son altı ildə rekord sayda şirkət müflis olub

2023-cü ildə Fransada 55 mindən çox şirkət bağlanıb ki, bu da 2017-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.

Bu barədə cümə günü Fransa Bankının saytında dərc edilən hesabatda deyilir.

“2023-cü ildə müflisolmaların  sayı dekabrın sonuna kimi 55492-yə yüksəlib”, – deyə hesabatda qeyd olunub.

Bu göstərici son 12 ayda özəl müəssisələrin müflisləşməsi və ləğvi hallarının orta sayı əsasında hesablanır.

Əksər hallarda söhbət 250 nəfərə qədər işçi heyəti olan kiçik və orta müəssisələrdən (55 435) gedir. Eyni zamanda, ötən il bağlanan 250-dən çox işçisi olan orta və iri şirkətlərin sayı 57-yə çatıb ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki