image-n1karobka_ads
image-123
image-dtx-09backend

Fuad Qəhrəmanlı DTX-yə ÇAĞIRILDI

image-ad_qayo_720x110px

Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı, xüsusilə ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb.

Doğru.az xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb. O bildirib:

“Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”.

Qeyd edək ki, Ramiz Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və dövlətə xəyanət kimi cinayətlərdə təqsirləndirilir. “Boz kardinal” hazırda ev dustaqlığında saxlanılır.

Mənbə: Qafqazinfo

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki