image-n1karobka_ads
image-123
image-2022-06-13t000000z_1544670286_mt1nurpho000gnhoai_rtrmadp_3_poland-daily-pic_32ratio_900x600-900x600-32785backend

G7-nin 2023-2024-cü illər üçün Kiyevi dəstəkləmək üzrə öhdəlikləri 44 milyard dollara yüksəldi

image-ad_qayo_720x110px

G7 ölkələri (ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Yaponiya) Ukraynaya 2023-cü ildən 2024-cü ilin əvvəlinə qədər olan dövr üçün maliyyə yardımının həcmini 44 milyard dollara çatdırıblar.Bu qərarı maliyyə nazirləri və G7 dövlətlərinin mərkəzi banklarının rəhbərləri Yaponiyanın Niiqata şəhərində keçirilən görüşdən sonra.

“Beynəlxalq ictimaiyyətlə birlikdə biz 2023-cü il və 2024-cü ilin əvvəli üçün Ukraynaya büdcə və iqtisadi dəstək üzrə öhdəliklərimizi 44 milyard dollara qədər artırdıq”, – sənəddə deyilir.

Dəstək həcminin artırılması növbəti dörd il ərzində Beynəlxalq Valyuta Fondunun (BVF) Ukrayna üçün 15,6 milyard dollardan çox məbləğdə proqramını həyata keçirməyə imkan verəcək.

Mənbə: Bloomberg

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki