image-2000x150px
image-123
image-ads_atlas
image-1650514358-2887backend

G7 süni intellekt və uşaq pornoqrafiyasına qarşı mübarizə aparacaq

image-728x90px

“Böyük Yeddilik” (G7) ölkələrinin daxili işlər və təhlükəsizlik nazirləri Mitoda (Yaponiya) keçirilən iclasda iqtisadi təhlükəsizlik, informasiya sızması, müasir texnologiyalardan qorunma və uşaq pornoqrafiyasının yayılmasına qarşı mübarizəni müzakirə ediblər.

Üç günlük iclas cümə günü açılıb və bazar günü danışıqların yekununda birgə sənədin qəbul ediləcəyi gözlənilir.

İclasın sədri Yaponiya Milli İctimai Təhlükəsizlik Komissiyasının rəhbəri Yoşifumi Matsumuradır.

Bildirilir ki, danışıqların ilk əsas günündə tərəflər kibercinayətkarlıqla və uşaqların cinsi istismarı, o cümlədən uşaq pornoqrafiyası ilə mübarizəni də müzakirə ediblər. Bundan əlavə, görüşün mövzusu süni intellekt və neyron şəbəkələrdən istifadə edən müasir cinayət növləri olub.

Qeyd edək ki, Yaponiya bu il Yeddilik Qrupuna sədrlik edir.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki