image-n1karobka_ads
image-123
image-17459995041150211325_1200x630backend

Gəncədə 400-dən çox qadın süd vəzi xərçəngi ilə əlaqəli tibbi müayinələrə cəlb olunub – FOTO

TƏBİB-in təşkilatçılığı, PAŞA Holding, PAŞA Sığorta, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanmasına dair tədbirlər planına əsasən, “Süd vəzi xərçənginə sinə gəririk” layihəsi keçirilib.

TƏBİB-dən Doğru.az-a verilən məlumata görə, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində A.Səhhət adına xəstəxanada həyata keçirilən layihəsi çərçivəsində 25-65 yaş qrupunda olan, ümumilikdə, 400-dən çox qadın ödənişsiz onkoloq, süd vəzinin ultrasəs müayinəsi və səyyar mamoqrafiya müayinələrindən yararlanıb.

Layihə çərçivəsində qadınlar arasında süd vəzi xərçəngi ilə mübarizə üsulları barədə maarifləndirmə işi aparılıb. Süd vəzi xərçənginin müalicəsində erkən diaqnozun önəmli olduğu insanların diqqətinə çatdırılıb.

Qeyd edək ki, layihənin ilk mərhələsi işğaldan azad edilmiş ərazilərdə – Füzuli şəhəri və Zəngilan rayonunun Ağalı kəndinin sakinləri üçün həyata keçirilib.

DOĞRU.AZ

image-1745999504167801302_1200x630 image-17459995046375749163_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki