image-ads_n1karobka_mobile
image-1qgp5rtnppveqspqcqvh5ou3vteassgrg3fw0275_1200backend

Gəncədə iki nəfər qidadan zəhərlənib?

image-add-a-heading

Gəncədə baş verən zəhərlənmə hadisəsi barədə mediada yayımlanan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti qurumlarla birgə araşdırmalar aparır.

Bu barədə Oxu.Az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, ilkin müayinə nəticəsində həmin şəxslərə dəqiqləşdirilməmiş qastroenteritlər və kolitlər diaqnozu qoyulub.

“Agentliyin mütəxəssisləri tərəfindən müvafiq nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir”, – deyə məlumatda qeyd edilib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki