image-n1karobka_ads
image-17435081296454312588_1200x630backend

Gəncədə tələbə qızlar zəhərləndi

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Apa.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü F. Həsənova, 2006-cı il təvəllüdü İ. Mollayeva və 2005-ci il təvəllüdlü N. Musayeva yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər üç şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal onlara yardım edilib, hazırda vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Zaqatala rayon sakinləri olan hər 3 şəxsin tələbə olduğu bildirilir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki