image-2000x150px
image-123
image-ads_atlas
image-fb_img_1618589755237backend

GİKM-in Masallı nümayəndəliyinin gənc xanımlar üçün motivasiya görüşü – FOTOLAR

image-728x90px

Doğru.az xəbər verir ki, gənclərin inkişaf və karyera mərkəzinin Masallı nümayəndəliyinin təşkilatçılığı ilə gənc xanımlar üçün “Motivasiya görüşləri” layihəsinin ilk görüşü “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri, xeyriyyəçi xanım Arzu Bağırova  ilə reallaşdırıldı.

Görüşün əsas mövzusu “rayon ərazisində yaşayan gənc xanımların karyerası” , “uğurlu qadın və uğur qazanmağın sirrləri”, “Erkən nikah”, “azyaşlı qızların təhsili” mövzularında oldu. Rayon gəncləri iş, ailə və təhsilində qarşılaşdığı problemlər və fərqli nüansları Arzu xanımla bölüşərək onun dəyərli fikirlərini dinlədilər.

Görüşdə Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və Cənubunsəsi.az xəbər portalının baş redaktoru Mərhəmət Lələyev iştirak etdilər.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyi tərəfindən rayon gəncləri üçün mütəmadi olaraq bu kimi maarifləndirici görüşlərin keçirilməsi planlaşdırılır. İştirak etmək üçün facebook və instaqramdan GİKM Masallı nümayəndəliyinin səhifələrini izləyə bilərsiniz.”YENİ HƏYAT”

DOĞRU.AZ

image-fb_img_1618589764776 image-fb_img_1618589696966 image-fb_img_1618589693104 image-fb_img_1618589698937 image-fb_img_1618589755237 image-fb_img_1618589695115 image-fb_img_1618589752285

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki