image-n1karobka_ads
image-123
image-68bab7a202e8bd11047c4801backend

Göbələklərin faydaları açıqlandı

image-ad_qayo_720x110px

Qida rasionunda tez-tez istifadə olunan göbələklər həm zəngin qida dəyəri, həm də sağlamlığa faydaları ilə seçilir.

Doğru.az xəbər verir ki, göbələklər qiymətli bitki zülalları ilə yanaşı, aşağı kalorili və doymuş yağ tərkibli olduğundan pəhrizdə sağlam seçim hesab olunur.

Mütəxəssislərin sözlərinə görə, göbələklərin tərkibində B vitaminləri, immuniteti gücləndirən D vitamini, sümüklərin möhkəmliyi üçün vacib minerallar, eləcə də antioksidant xüsusiyyətlərə malik selen və qırmızı qan hüceyrələrinin yaranmasına dəstək olan piridoksin mövcuddur.

Xüsusilə istiridyə göbələkləri az kalori və karbohidrat tərkibinə görə seçilir. Onlar niasin, pantotenik turşu, fol turşusu, xolin və kaliumla zəngindir.

Beləliklə, göbələklərin gündəlik menyuya əlavə edilməsi həm orqanizmin enerji mübadiləsini, həm də ümumi sağlamlığını dəstəkləyir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki