image-n1karobka_ads
image-123
image-goooel-pic_32ratio_900x600-900x600-47912backend

Google büdcəli Pixel smartfonlarının satışını dayandıracaq

image-ad_qayo_720x110px

Smartfon Google Pixel 7a “yaxşılıq korporasiyası”nın orta büdcəli qiymət seqmentində sonuncu qacet ola bilər.

Bu barədə Gizmochina portalı məşhur insayder Yoqeş Brarın sözlərinə istinadən xəbər verir.

Google Pixel 7a bütün dünyada büdcə smartfonları arasında əsl hitə çevrilmiş Pixel 6a-nın varisidir. Bununla belə, Brarın sözlərinə görə, Google A seriyasını mərhələli şəkildə ləğv etmək niyyətindədir.

“Pixel smartfonlarının A seriyası sona çatmaq üzrədir. Pixel 7a-nın xüsusiyyətlərini və qiymət artımını nəzərə alsaq, Pixel 8a mütləq gün işığı görməyəcək. Əvvəllər təxmin edilirdi ki, Pixel 7a 702 CAD, flaqman Pixel 7 isə 779 CAD başlanğıc qiyməti ilə çıxdı. Müxtəlif qiymət kateqoriyalı smartfonlar arasında bu qədər cüzi fərqin səbəbi Pixel 7a-da ən son Tensor çipindən və 90 Hz yeniləmə tezliyi olan ekrandan istifadə edilməsidir.

Mənbə: AA

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki