Alimlər Günəşdə M6.4 sinifli güclü alışma müşahidə ediblər. Bu, cari ilin 19 iyunundan bəri qeydə alınan ən böyük partlayış hesab olunur.
Doğru.az xəbər verir ki, məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası yayıb. Laboratoriya nümayəndələri partlayışın artan günəş aktivliyi fonunda baş verdiyini bildiriblər.
Qeyd olunub ki, sentyabrın 27-də Günəşdə cəmi bir gün ərzində 19 alışma qeydə alınıb. Alimlər yaxın günlərdə aktivliyin daha da artması ehtimalını aşağı qiymətləndirirlər.
Xatırladaq ki, fizika-riyaziyyat elmləri doktoru, institutun baş elmi işçisi Sergey Pulinets daha əvvəl açıqlamasında Günəşdə bu cür partlayışların müntəzəm şəkildə baş verdiyini vurğulamışdı.
DOĞRU.AZ