Gürcüstan XİN-in saytı xəbər verir ki, Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili NATO-nun Vilnüsdə keçirilən sammitinin Tbilisini alyans sıralarına qəbul etməyə hazır olduğunu bildirən yekun sənədinin ölkə üçün əhəmiyyətindən danışıb.
“NATO çərçivəsində son dərəcə maraqlı görüş keçirdik. Gürcüstan öz tərəfdaşlarından çox mühüm mesajlar alıb. Xalqımız bilir ki, Gürcüstanın Avropa və Avroatlantik məkana inteqrasiyası bizim əsas xarici siyasət prioritetimizdir. Müvafiq olaraq, bu gün Vilnüs sammitində bir daha vurğulandı ki, Gürcüstanın NATO tərəfdaşları tərəfindən güclü dəstəyi var”, – nazir bildirib.
O qeyd edib ki, sammitin yekun sənədinin protokolunda Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə son dərəcə güclü dəstək ifadə olunub. Darçiaşvilinin fikrincə, Vilnüs sammitinin bəyannaməsi Gürcüstanın alyansa inteqrasiya istiqamətində gələcək hərəkətinə əlavə təkan verir. Nazir vurğulayıb ki, Tbilisi NATO-ya gələcək mütərəqqi inteqrasiya üçün bütün mövcud mexanizmlərdən istifadə edəcək.
Mənbə: Sputnik

























