image-n1karobka_ads
image-123
image-68c4097fae5ac902b21911b2backend

Gürcüstanda Ukrayna xüsusi xidmət orqanlarının adı partlayıcı qalmaqalında hallandı

image-ad_qayo_720x110px

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti bəyan edib ki, əvvəllər saxlanılmış 2,4 kq heksogen yük maşınına Ukrayna xüsusi xidmət orqanlarından alınan partlayıcı yüklənib.

Doğru.az xəbər verir ki, bu barədə qurumun rəhbərinin müavini Laşa Maqradze brifinq zamanı məlumat verib.

“Partlayıcı maddəni Ukrayna ərazisində “Mersedes”in sürücüsünə Ukrayna xüsusi xidmət orqanının, qondarma SBU-nun əməkdaşları təhvil verib”, – deyə o qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti Türkiyədən 2,4 kq heksogen gətirdiyinə görə iki Ukrayna vətəndaşının həbs edilməsi barədə açıqlama yaymışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki