image-n1karobka_ads
image-123
image-67038e0bae5ac9063d77ea5cbackend

Gürcüstanın hakim partiyası prezident Zurabişvilinin impiçmentinə yenidən start verəcək

image-ad_qayo_720x110px

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası prezident Salome Zurabişviliyə qarşı impiçment proseduruna yenidən başlayacaq, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

Parlament çoxluğu impiçment proseduruna yenidən başlamaq və parlament seçkilərinə qədər Konstitusiya Məhkəməsinə təqdim olunacaq yeni konstitusiya təklifi hazırlamaq qərarına gəlib.

Bundan əvvəl Papuaşvili ölkə prezidenti Salome Zurabişvilini istefaya çağırıb.

Onun sözlərinə görə, məhkəmə prezident tərəfindən Gürcüstan Konstitusiyasını pozduğunu təsdiqləyib və “müxalifət Zurabişvilini impiçmentdən xilas edib”.

Mənbə TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki