image-2000x150px
image-123
image-ads_atlas
image-img-20220911-wa0026backend

GYF-də “Doğma Yurdum” Bədii Qiraət və Orijinal Şeir Müsabiqəsi keçirildi – FOTO

image-728x90px

10 Sentyabr 2022-ci il tarixində Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konfrans zalında Sübhnur Tədris Mərkəzi və Libra Kitab Nəşriyyatının birgə əməkdaşlığı çərçivəsində “Doğma yurdum” bədii qiraət və orijinal şeir müsabiqəsinin final mərhələsi keçirilib.

ADMİU-nin kafedra müdiri , dosent , Azərbaycanın əməkdar artisti Azad Şükürov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü , şair-publisist Gülarə Munis,Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü , şair-publisist Azadə Novruzova və Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazicilar Birliyinin üzvi, şair-publisist Xuraman İsmayılovanın münsiflər heyətində çıxış etdiyi tədbirin final mərhələsində 4-14 yaş qrupları arasında müxtəlif bölgələrimizdən uşaqlar iştirak edib.Tədbiri çıxış nitqi ilə açıq elan edən Sübhnur Tədris Mərkəzinin rəhbəri Gülnarə Hüseynova “Bu gün bu müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələri vətənpərvərlik ruhunda tərbiyə etmək , onların doğma vətənə olan hisslərini vurğulamaq və bu sahədə xüsusi istedadlarını göstərməkdir” deyə qeyd edib.

Münsiflər heyəti çıxış edərək müsabiqə və onun final mərhələsinin gedişatı haqqında ətraflı məlumat veriblər. Daha sonra isə iştirakçılar şeirlərini səsləndiriblər və hər bir iştirakçı müsabiqə qaydalarına uyğun dəyərləndirilib. Nəticədə iki yaş qrupunda I,II,III yerlər, həmçinin xüsusi münisflər heyəti mükafatına layiq görülən iştirakçılar müəyyənləşib və mükafatlandırılma mərasimi keçirilib.

Mükafatlandırılma mərasimində çıxış edən Gəncliyə Yardım Fondun prezidenti Ahmet Tecim bəy milli-mənəvi dəyərləri, vətən, yurd sevgisini əsas alan belə bir tədbir keçirdikləri üçün təşkilatçılarına təşəkkürünü bildirib. Ahmet bəy eyni zamanda fondun tədbirə ev sahibliyi etdiyindən məmnunluq hissi keçirdiyini, fondun hər zaman uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlər çərçivəsində inkişaf etməsinə dəstək olduğunu qeyd edərək I yerə layiq görülən iştirakçının mükafatını təqdim edib.Gəncliyə Yardım Fondu tərəfindən hədiyyələr verildi

image-img-20220911-wa0027 image-img-20220911-wa0028 image-img-20220911-wa0029 image-img-20220911-wa0030

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki