image-2000x150px
image-5c15c192a4c5fd258e7f53a6b1ed99fcbackend

Hacı Şahin radikal dini qruplaşmanın Londondakı səfirliyimizə hücumunu pislədi

image-728x90px

Azərbaycanlı ilahiyyatçı, din xadimi Hacı Şahin Həsənli Azərbaycanın Londondakı səfirliyinə edilən hücumu pisləyib. 

Bu barədə Hacı Şahin Həsənli video-müraciətində bildirib.

“Bu, birbaşa müxtəlif dairələrin maraqlarını ifadə edən ağılsız davranışdır. Bu kimi davranışların İslamla heç bir əlaqəsi yoxdur. Bu kimi insanlar özlərini İslamın heç bir məzhəbinə aid edə bilməzlər. Bunlar qarşılarına cılız məqsəd qoymuş marginal qruplardır”, -deyə Hacı Şahin Həsənli qeyd edib.

Bildiririk ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olan qruplaşma üzvləri Azərbaycan bayrağını binanın qarşısından qaldırıblar. Qısa zamanda radikal qruplaşma üzvləri saxlanılıb, bayrağımız səfirlik binasının qarşısına yenidən sancılıb.

Hacı Şahin Həsənlinin video-müraciətini izləyə bilərsiniz:

 

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki