image-2000x150px
image-123
image-ads_atlas
image-resizerbackend

Hafiz Hacıyev: “Könül İsmayılova dövlət qulluğuna keçdiyinə görə istefa verdi”

image-728x90px

Xəbər verdiyimiz kimi Müasir Müsavat Partiyasının  ideoloji məsələlər üzrə sədr müavini Könül İsmayılova istefa verdi. Bu barədə bir çox saytlarda məlumat yayıldı. Könül xanımın istefa səbəbi  insanlarda maraq yaratdı. 2015-ci ildən Müasir Müsavat Partiyasının sədri müavini olan Könül İsmayılovanın bu istefa səbəbini partiyanın sədri Hafiz Hacıyevdən öyrənməyə çalışdıq. Sualımıza cavab olaraq partiya sədri bildirdi ki, Könül xanım dövlət qulluğuna keçdiyinə görə partiyanın sədr müavini vəzifəsindən istefa verdi:

“Könül xanım partiyada Siyasi Şuranın üzv və İdarə Heyətinin üzvü olaraq qalır. Könül İsmayılova dövlət qulluğuna keçdiyinə görə partiyanın sədr müavini vəzifəsindən istefa verdi. Onun partiyamızdan ayrılmasında başqa səbəb yoxdur. Sadəcə olaraq prosedurlar bu cür olmalı idi.

Qeyd edim ki, Könül xanım hal-hazırda Nizami rayonu İcra Hakimiyyətində işə başlayıb”.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki