image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2024-02-23t205501-695backend

“Harri Potter” serialının buraxılış tarixi açıqlanıb

image-728x90px

“Harri Potter” serialı 2026-cı ildə “Max” striminq xidmətində yayımlanacaq.

“Warner Bros. Discovery” şirkətinin baş direktoru Devid Zaslav investorlarla görüşdə komandanın istehsalla bağlı hər hansı problemlə üzləşməyəcəyi təqdirdə layihənin vaxtında buraxılacağına inandırıb.

Zaslav qeyd edib ki, serialın son hissəsi on ildən daha əvvəl buraxılmış franşizaya sadiq qalacaq.

2023-cü ilin aprel ayında “HBO” qarşıdan gələn “Harri Potter” serialı üçün ilk tizerini yayımlayıb. Tizerdə Coan Roulinqin dünya şöhrətli sehrbaz haqqında yazdığı kitablar silsiləsini tam əks etdirəcək yeni serialın buraxılışı elan edilib.

Qeyd edək ki, “Harri Potter” film seriyasının baş rol ifaçısı Deniel Redkliff televiziya serialında çəkilmək arzusunda olmadığını bildirib.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki