image-n1karobka_ads
image-123
image-5ecfee46f8de7f222996ce1ef8e0ccb3backend

Harris: İran bütün ölkələr arasında ABŞ-ın əsas düşmənidir

image-ad_qayo_720x110px

ABŞ-ın vitse-prezidenti və dövlət başçısı vəzifəsinə namizəd Kəmalə Harris CBS News telekanalına müsahibəsində deyib ki, İran bütün ölkələr arasında ABŞ-ın əsas düşmənidir.

Siyasətçi qeyd edib : “Məncə, aşkar olan İrandır.

Eyni zamanda Harris vurğulayıb ki, ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə onun əsas prioriteti İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olacaq.

Bundan əvvəl ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd, Ağ Evin keçmiş sahibi Donald Tramp bildirib ki, İsrail İranın nüvə obyektlərinə hücum etmək hüququna malikdi.

Həmçinin ABŞ administrasiyasının İranın neft sənayesinə tətbiq etdiyi sanksiyaların sərtləşdirilməsi imkanını nəzərdən keçirdiyi bildirilir.

Mənbə CBS News

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki