image-n1karobka_ads
image-123
image-684fe22402e8bd5b0109b92cbackend

HƏMAS: Nüvə proqramı İsrailin İrana hücumu üçün bəhanə oldu

HƏMAS-ın siyasi büro rəhbərinin müavini Musa Əbu Mərzuq deyib ki, Tehranın nüvə proqramı İsrailin İrana hücumu üçün sadəcə bəhanə olub.

Onun fikrincə, İrana hücum HƏMAS-la müharibənin nəticəsi idi.

Musa Əbu Mərzuk RİA Novosti-yə deyib : “İsrail yalnız nüvə proqramı bəhanəsi ilə istifadə edir, lakin əslində onlar Həmas-ı dəstəklədikləri üçün İranla müharibəyə başlayıblar”.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, İsrail Tehrana təcavüz etməklə BMT Nizamnaməsinə və bütün bəşər sivilizasiyasına müharibə elan edib.

O, həmçinin Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi İsrailin təcavüzünü tanımağa və pisləməyə çağırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki