image-2000x150px
image-123
image-ads_atlas
image-40736_ovegfco4c5backend

Həmin polisin “İgidliyə görə” medalı ailəsinə təqdim olundu – FOTO

image-728x90px

Xidmətdən kənar vaxt ailəsi ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində yerləşən Uzunoba gölünün kənarında istirahət edərkən suya atılaraq boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib, daha sonra uşağın anasını xilas etmək istəyərkən onunla bərabər suda boğulan polis serjantı Quliyev Vüsal Əbülfəz oğlunun Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edildiyi Azərbaycan Respublikasının “İgidliyə görə” medalı ailəsinə təqdim olunub.

Daxili İşlər Nazirliyindən Doğru.az-a bildirilib ki, medal Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri general-mayor Süleyman Neymətov tərəfindən övladına təqdim edilib.

Qeyd edilib ki, fədakar, qəhrəman polis əməkdaşımızın xatirəsi daim uca tutulacaq.

Vüsal Quliyevin atası göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

DOĞRU.AZ

image-40735_dybc3brohh

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki