image-ads_n1karobka_mobile
image-apple-iphone-14-iphone-14-plus-yellow-2up-230307_inline-jpg-pic_32ratio_900x600-900x600-21829backend

Hindistanda valideynlər iPhone almaq üçün körpələrini satıblar

Hindistan polisi səkkiz aylıq oğlunu satmaqda ittiham olunan qadını həbs edib.

DailyO portalı xəbər verir ki, o, əri ilə çox arzulanan iPhone 14 və Instagram üçün video çəkdirmək naminə belə bir addım atıb.

Təqsirləndirilən şəxslər Sati və Jadev yoxsulluq içində yaşayırdılar və sosial media ilə maraqlanırdılar. Bir gün onların qonşuları cütlüyün oğlunun yoxa çıxdığını görüblər və bu, şübhəli şəkildə ailədə iPhone smartfonunun görünməsi ilə üst-üstə düşür. Polisə getdilər – qarşıdurma zamanı ana uşağı qadcet almaq, ştatı gəzmək və İnstaqram səhifəsi üçün məzmun yaratmaq üçün satdığını etiraf etdi. Sonradan məlum olub ki, cütlük yeddi yaşlı qızını da satmağı planlaşdırıb.

Hüquq-mühafizə orqanları səkkiz aylıq körpənin alıcısı Priyanka Qoşu saxlayıb və körpənin satışında da əli olan təqsirləndirilən şəxsin əri axtarışa verilib.

Mənbə:  Haberler.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki