Hakimiyyət Ukraynadan taxıl idxalını qadağan etməsə və ya onlara maliyyə yardımı göstərməsə, moldovalı fermerlər etiraz edəcəklər.
Bu bəyanatla çərşənbə günü Moldovanın “Farm Power” Assosiasiyası çıxış edib. Sənəd onların Facebook səhifəsində dərc olunub.
Biz çox ümid edirik ki, bu xəbərdarlığa diqqət yetiriləcək və kənd təsərrüfatı sənayesini tənəzzüldən xilas etmək üçün təcili tədbirlər görüləcək. Əks halda fermerlər iyunun 7-dən bütün ölkə boyu etiraz aksiyaları keçirəcəklərini vəd edirlər.
Mənbə: Gazeta.ru