image-ads_qayo_2000x150px
image-123
image-ads_atlas
image-alexander-p6z9q5zphzc-unsplash-pic_32ratio_1200x800-1200x800-75179backend

Hollandiya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək yollarını araşdırır

image-728x90px

Hollandiyanın baş naziri Mark Rutte bildirib ki, ölkə Ukraynanın hava hücumundan müdafiəsini daha da gücləndirmək yollarını araşdırır.

Bu barədə o, Twitter-də məlumat verib.

Ruttenin sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı o, Hollandiyanın Ukraynaya dəstəyini davam etdirəcəyini, həmçinin Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi imkanlarını araşdırdığını bildirib.

O qeyd edib ki, Hollandiya ukraynalı pilotlara F-16 qırıcılarını idarə etmək üçün təlimlər keçirir.

Bundan əvvəl Hollandiya Müdafiə Nazirliyinin rəhbəri Kaysa Ollonqren Amsterdamın tezliklə təmir edilmiş M113 zirehli transportyorlarını Ukraynaya göndərəcəyini bildirmişdi.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki