image-2000x150px
image-123
image-ads_atlas
image-3333-pic_32ratio_1200x800-1200x800-17285backend

Honor şirkəti 200 MP kameralı yeni smartfonları nümayiş etdirib

image-728x90px

Çinin “Honor” şirkəti iki modeldən ibarət “Honor 90” xəttinin smartfonlarının təqdimatını keçirib.

GSMArena portalının məlumatına görə, yeniliklər 200 meqapiksel ayırdetmə qabiliyyətinə malik kamera və flaqman çipləri təklif edir.

Honor 90 modeli 2664×1200 piksel təsvir ölçülü 6,7 düymlük OLED ekran, 120 Hz təsvirin yenilənmə sürətini dəstəkləyib. Snapdragon 7 Gen 1 çipi cihazın işinə cavabdehdir.

Honor 90 200 meqapiksellik əsas sensor, 12 meqapiksellik ultra geniş bucaqlı sensor və 2 meqapiksellik dərinlik sensoru ilə üçlü kamera quruluşuna malikdir. Ön tərəfdə 50 meqapiksellik selfi kamerası var. 5000 mAh batareya 66 Vt şarjı dəstəkləyir.

Mənbə: Autotech

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki