Doğru.az xəbər verir ki, Yəməndəki Ənsar Allah (husilər) hərəkatının silahlı tərəfdarları İsrailin Tel-Əviv şəhərində yerləşən Ben Qurion hava limanına raket zərbəsi endiriblər.
Hərəkatın nümayəndəsi Yəhya Sariya “Əl-Məsirah” telekanalı vasitəsilə bildirib ki, hücum Fələstin-2 adlı hipersəs ballistik raketi ilə həyata keçirilib. Onun sözlərinə görə, raket qüvvələri Lod (Ben Qurion) hava limanını hədəfə alıblar.
Qeyd edək ki, bundan əvvəl də, iyulun 1-də husilər Ben Qurion hava limanına raket zərbəsi endirdiklərini açıqlamışdılar.
DOĞRU.AZ