Amerikanın IBM şirkəti süni intellektlə əvəz oluna bilən yeni işçilərin işə qəbulunu dayandırdığını elan edib.
Bu barədə Bloomberg korporasiyanın rəhbəri Arvind Krişnanın sözlərinə istinadən xəbər verir.
Krişnanın sözlərinə görə, hazırda IBM-in müştərilərlə əlaqə saxlamayan təxminən 26 000 arxa ofis işçisi var. “Mən görürəm ki, bu insanların 30%-i yaxın beş ildə süni intellekt və avtomatlaşdırma ilə necə asanlıqla əvəzlənəcək”, – IBM rəhbəri bildirib. Bloomberg-in hesablamalarına görə, söhbət şirkətin 7,8 min əməkdaşının ixtisarından gedir.
Krişna hesab edir ki, işçilərə sertifikatların verilməsi və ya bir şöbədən digərinə keçid kimi sadə tapşırıqlar tam avtomatlaşdırılacaq. Bununla belə, kadrlar şöbəsinin bəzi funksiyaları, məsələn, işçilərin məhsuldarlığını qiymətləndirmək, hələlik – ən azı növbəti on il ərzində şəxsdə qalacaq.
Mənbə: Bloomberg
Doğru.az