image-2000x150px
image-123
image-ads_atlas
image-abdinbackend

İcra başçısı Abdin Fərzəliyev “moyka“ biznesinə girişib – FOTO+SƏNƏD

image-728x90px

Azərbaycanda yüksək vəzifədə çalışan məmurların dəyəri on milyonlarla ölçülən sərvətlərə sahib olmaları barədə mediada çox yazılıb. İllərlə dövlət büdcəsini müxtəlif adlar altında talan edən bu cür məmurların mülkləri, obyektləri, restoranları Bakı şəhərinin mərkəzini, ölkənin ən strateji, səfalı yerlərini əhatə etməkdədir. Hətta korrupsiyaya qurşanmış bəzi məmurların mülkləri ölkə sərhədlərini aşaraq dünyanın müxtəlif turizm zonalarına yol tapa bilib.

AzFakt.com saytı xəbər verir ki, sahib olduğu əmlakları ilə tutduğu vəzifəsi uzlaşmayan vəzifəli şəxslərdən biri də hazırda Abşeron rayon icra hakimiyyətinin başçısı vəzifəsini daşıyan Abdin Fərzəliyevdir.

Uzun illərdir Bakı şəhərinin Nizami və Nərimanov rayonlarında İcra hakimiyyətinin başçısı vəzifəsində çalışaraq özünə böyük biznes imperiyası qurmağı bacarmış Abdin Fərzəliyevə sözün əsl mənasında “əmlak kralı” demək olar.

İllər öncə paytaxtda – Nərimanov rayonunda əhali arasında “qəbiristanlıq” kimi tanınan ərazinin sökülməsi, bu ərazilərin iş adamlarına, yüksək vəzifəli şəxslərə satılması hesabına milyonlarla vəsait əldə edən Abdin Fərzəliyev həm də bu ərazidə – Əhməd Rəcəbli küçəsində çoxsaylı daşınmaz əmlaklara sahibdir

Əlbəttə ki, bu obyektlər İcra başçısının özünün yox, qohum-əqrabalarının, etibar etdiyi şəxslərin adınadır.

Maraqlıdır ki, çırpışdırdığı pullar hesabına restoran, şadlıq evləri, otel biznesinə “yatırımlar” edən A.Fərzəliyev digər pul gətirən sahələri də nəzarətdən kənarda qoymur.

Belə ki, Abdin Fərzəliyevin sərmayə yatırmağa başladığı sahələrdən biri də “avtoyuma” biznesidir.

İcra başçısı bu istiqamətdə artıq ilk obyektini istifadəyə verib.

Saytımızın əldə etdiyi məlumata görə A.Fərzəliyevin yeni biznes imperiyasına əlavə olunan sonuncu obyekt “avtoyuma” məntəqəsidir

Əhməd Rəcəbli 1 ünvanında – Atatürk liseyinin qarşısında yerləşir.

Obyekt sənəddə Seyidzadə Saleh Mirmöhsün oğlunun adına olsada, əslində obyetkə nəzarəti Abdin Fərzəliyevin etibarlı adamı kimi tanınan və hazırda Abşeron rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsini icra edən Nurlan Həsənov edir. Onu da vurğulayaq ki, Saleh Seyidzadə Nurlan Həsənovun yaxın qohumudur.

Bildirək ki, Saleh Seyidzadə həm də Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş mühasibi vəzifəsində çalışır.

AzFakt.com saytının əməkdaşı əraziyə gedərək obyekt barədə yeni məlumatlar əldə edib.

Obyektin ümumi ərazisi dövlət sənədində 186 kvm göstərilsə də, tikinti zamanı layihədən kənara çıxmaq hesabına ümumi ərazi 200 kvm-dan yuxarıdır

İkimərtəbəli olan obyektin birinci mərtəbəsi “təkər təmiri, “avtoyuma” “çilingər-yağlama” sexləri kimi fəaliyyət göstərir.

Obyektin ikinci mərtəbəsi isə Ataürk mərkəzinin qarşısında olan dairəyə-küçəyə açılır.

Məlumata görə burada kafe fəaliyyət göstərəcək. Hazırda ikinci mərtəbədə təmir işləri yekunlaşmaqdadır. Obyektin ümumi qiymətinin hazırda 1 milyon manat civarında olduğu bildirilir.

Qeyd edək ki, həmin ərazidə olan “Altun” şadlıq sarayı da Abdin Fərzəliyevə məxsusdur.

Xatırladaq ki, A.Fərzəliyev 2003-2005-ci illərdə Nizami rayonunun, 2005-2022-ci illərdə Nərimanov rayonunun İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

image-1660118954_4 image-1660118947_2 image-1660119020_3

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki