image-2000x150px
image-123
image-ads_atlas
image-fb_img_1662119918437backend

İcra başçısı əhali ilə görüş keçirdi – FOTO

image-728x90px

Doğru.Az xəbər verir ki, 29 iyul 2022-ci il tarixində Lerik Rayon İcra Hakimiyyəti başçısının 2022-ci ilin sentyabr ayında yerlərdə keçirəcəyi səyyar qəbullara dair qrafikə uyğun olaraq rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov Tülüconu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Conu, Hübi, Qəvoy, Qışlaq, Loda, Vıjaker, Vılık və Tülü kəndlərinin sakinləri ilə səyyar görüş-qəbul keçirdi.

Səyyar görüş-qəbulda icra hakimiyyəti aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edirdilər.
Rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov görüş iştirakçılarını salamladı və bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar əsas məqsəd yerlərdəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır. Natiq son illərdə respublikada və rayonumuzda görülən işləri diqqətə çatdırdı, mövcud problemlərin həlli ilə bağlı rayon icra hakimiyyəti tərəfindən görülən işləri qeyd etdi.

Səyyar görüş-qəbulda kənd sakinləri bir sıra məsələlərlə bağlı rəy və təkliflərini bildirdilər. Səsləndirilən hər bir təklif və şikayətlərin araşdırılması və icrasına nail olmaq məqsədilə görüləcək tədbirlər qeyd olundu və müvafiq qurumların rəhbərlərinə tapşırıq və tövsiyyələr verildi.

Sonra rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Vıjaker kəndində I Qarabağ Müharibəsində şəhid olmuş Şərifov İlham Sahib oğlunun xatirəsinə inşa olunmuş bulaq kompleksini ziyarət etdi.

DOĞRU.AZ

image-fb_img_1662119017853image-fb_img_1662118984189 image-fb_img_1662118981490 image-fb_img_1662118944984 image-fb_img_1662118973088

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki