image-2000x150px
image-123
image-ads_atlas
image-img-20220812-wa0104backend

İcra Başçısı Möcüzəli Naftalan sağlamlıq mərkəzində Şəhid ailələri və qazilərlə görüşüb – FOTO

image-728x90px

Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində Şəhid olmuş hərbçilərin ailə üzvlərinə, qazilərə və müharibə iştirakçılarının sosial müdafiəsi istiqamətində həyata keçirilən işlər davam etdirilir. 

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov “Möcüzəli Naftalan Müalicə Mərkəzi”ndə ölkəmizin müxtəlif bölgələrindən burada müalicə alan Şəhid ailələri və qazilərlə görüşüb, onların sağlamlıqları ilə maraqlanıb, onlar üçün yaradılan şəraitlə yaxından tanış olub. İcra başçısı onların istək və arzularına uyğun olaraq Mərkəzin direktoru Qoca Əmiraslanova tövsiyyə və tapşırıqlarını verib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi əsasında buraya təyinat alan pasiyentlərə yüksək ixtisaslı peşəkar həkimlər sayəsində müasir səviyyədə təşkil edilmiş sağlamlıq mərkəzində müalicə kursu təyin edilir, effektiv bərpa-müaicə xidmətləri göstərilir.

DOĞRU.AZ

image-img-20220812-wa0105 image-img-20220812-wa0107 image-img-20220812-wa0109 image-img-20220812-wa0106 image-img-20220812-wa0110 image-img-20220812-wa0111 image-img-20220812-wa0108 image-img-20220812-wa0112

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki