image-2000x150px
image-yasamal__4_backend

İcra başçısı sakinlər üçün səyyar qəbul keçirdi – Fotolar

image-728x90px

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qəbul qrafikinə uyğun olaraq rayon sakinləri üçün ərazidə növbəti səyyar qəbul keçirib.

“Qafqazinfo” xəbər verir ki, qəbulda iştirak üçün yüzlərlə sakin tədbirin keçirildiyi 38 saylı tam orta məktəbin akt zalına toplaşıb. Səyyar qəbulda Milli Məclisin deputatı Ülvi Quliyev də iştirak edib.

Elşad Həsənov bildirib ki, səyyar qəbulun əsas məqsədi bilavasitə vətəndaşlarla görüşüb onları narahat edən problemləri müzakirə etmək və çevik şəkildə çözümünə nail olmaqdır. Bu məqsədlə qəbulda Yasamal rayonunun Mənzil Kommunal Təsərrüfatı Birliyi, Bələdiyyəsi, həmçinin təsərrüfat və xidmət sahələrinin vəzifəli şəxsəri də iştirak ediblər.

Qəbulda iştirak edən Yasamal rayonu sakinləri onları narahat edən əsas problemlər barədə fikirlərini bildiriblər. Vətəndaşlar mənzillərdə təbii qaz sayğacının sərfiyyatı, su təchizatı, məhəllədaxili yolların asfaltlanması, Sovetski məhəlləsindəki evlərin dövlət ehtiyacları üçün alqı-satqısı və bir sıra sosial məsələ qaldırıblar.

E.Həsənov sakinlərin müraciət və təklifləri ilə bağlı rayonun təsərrüfat və xidmət sahələrinin məsul şəxsərinə müvafiq tapşırıqlar verib. Öz növbəsində deputat Ülvi Quliyev sakinləri narahat edən problemlərlə bağlı suallara ətraflı şəkildə aydınlıq gətirib. Bir sıra müraciət nəzarətə götürülüb.

Yasamal rayonunda icra başcısının sakinlərlə görüş və qəbulları qrafik üzrə davam edir.





image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki