image-2000x150px
image-123
image-ads_atlas
image-fb_img_1660296933900backend

İcra başçısı sakinlərlə görüş keçirdi – Fotolar

image-728x90px

Doğru.Az xəbər veror ki, 11 avqust 2022-ci il tarixində rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Dəstər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Dəstər, Hamarat, Bradi və Dızdipok kəndlərinin sakinləri ilə səyyar-görüş keçirdi.

Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edirdilər.
Lerik rayon İcra Hakimiyyəti başçısının Dəstər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri çıxış edərək Dəstər kənd inzibati ərazi dairəsinin kəndləri və ərazidə görülmüş işlər barədə görüş iştirakçılarına və qonaqlara ətraflı məlumat verdilər.

Görüşdə çıxış edən rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov görüş iştirakçılarını salamladı və bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün sizlərlə görüşürük. Görüşlərdə əsas məqsəd vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların həllini təmin etməkdir.

Sonra rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışdı.

Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənildi, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olundu və müvafiq qurumlara tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Piran, Hovil və Vov kəndlərində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Cabbarov Vidadi Cəbrayıl oğlunun, İbrahimov İmaməli Elman oğlunun və Hüseynov Samir Əlizadə oğlunun xatirəsinə inşa edilmiş bulaq komplekslərini ziyarət etdi və gül dəstələri düzdü.

image-fb_img_1660296929745 image-fb_img_1660296943666 image-fb_img_1660296947526 image-fb_img_1660296950519 image-fb_img_1660296953433 image-fb_img_1660296956070 image-fb_img_1660296964470 image-fb_img_1660296967806

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki