image-2000x150px
image-comp-versiya
image-interpress_ac719c4e8d789a9ab9b1b659ea2063ec_iousnrg0429ejw1yvc8t-640x336backend

İlham Əliyevin Zəngəzur xəbərdarlığı – Şərh

image-728x90px
Azərbaycan Zəngəzur dəhlizi məsələsindən geri addım atmayacaq. Xüsusilə Prezidentin Azərbaycan Televiziyasına müsahibəsi zamanı “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir” sözləri rəsmi Bakının bu məsələdə nə qədər qərarlı olduğunu sübut edir.

Bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsi haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, bu gün Ermənistanda elə bir təsəvvür var ki, Azərbaycanın Zəngəzurla bağlı mövqeyi sadəcə, rəsmi İrəvanı qorxutmaq məqsədi daşıyır:

“Reallıq isə tam fərqlidir. Əvvələ onu deyim ki, cənab Prezidentin dediyi kimi, Ermənistan bunu istəsə də, istəməsə də, Zəngəzur dəhlizi açılacaq.

Təbii ki, indi beynəlxalq vəziyyət tam fərqlidir. Misal üçün Zəngəzur bu gün Ermənistanın ərazi bütövlüyü kimi tanınır. Rəsmi Bakı da bunu belə qəbul edir. Lakin bu nə Zəngəzurun tarixi Azərbaycan torpağı olduğu, nə də gec-tez azərbaycanlıların bu ərazilərə qayıdacağı gerçəyini dəyişir. Bu gün Ermənistanda bəzi ultra-millətçi siyasətçilər xəstə fikirləri ilə erməni ictimaiyyətində boş qorxu yaradırlar ki, Azərbaycan Prezidenti Zəngəzuru hərbi yolla işğal etmək istəyir. Əslində belə insanları qınamaq da olmur. Çünki onlar üçün bir torpağa qayıtmaq sadəcə işğal, hərbi güc ilə ola bilər. Halbuki Azərbaycan bu gün diplomatik olaraq Zəngəzura qayıdıb. 10 noyabr bəyanatında qeyd olunan Zəngəzur dəhlizinin açılması faktiki olaraq bizə bu imkanı verir. Təsadüfi deyil ki, ölkə başçısı da çıxışında “Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”. Yəni bu o deməkdir ki, Ermənistan 10 noyabr bəyanatında əksini tapan Zəngəzur dəhlizi məsələsində süni problemlər yaratmasın. Bu dəhliz onsuz da istifadəyə veriləcək”.

DOĞRU.AZ

 

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki