image-ads_n1karobka_mobile
image-2023-06-16t145502z_1151894175_rc2ek1axfomy_rtrmadp_3_france-tech-musk-pic_32ratio_1200x800-1200x800-74138backend

İlon Mask ABŞ-ın ikiüzlülüyündən danışıb

Amerikalı iş adamı və milyarder İlon Mask ABŞ-ın Ukraynaya kaset sursatları tədarükünü şərh edərkən Vaşinqtonun ikiüzlülüyündən danışıb.

O, bu barədə Twitter-də məlumat verib.

“Amerika kaset bombalarından istifadə edənləri həmişə pis hesab edib. İndi biz onları istifadəyə göndəririk? Bundan yaxşı heç nə gəlməyəcək. Tale ironiyanı sevir, amma ikiüzlülükdən nifrət edir.

Bir gün əvvəl “The New York Times” qəzetində dərc olunan məqaləsində müxbir Erik Şmidt Pentaqonun əməkdaşlarına istinad edərək yazmışdı ki, Amerika rəsmiləri və analitiklərinin fikrincə, Birləşmiş Ştatlar tərəfindən göndərilən kaset sursatları ölkənin vəziyyətinə dərhal təsir göstərməyəcək.

Mənbə: BBC


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki