İşdən çıxarılma dalğası, eləcə də Twitter-in hazırkı sahibi İlon Maskın taleyüklü islahatlarından sonra şirkətin hazırkı heyətinin sayı min nəfərə yaxın olmağa başlayıb ki, bu da korporasiyanın mövcudluğunun son bir neçə ilinin minimumudur.
Bu barədə “Business Insider” portalı anonim qalmaq istəyən iki mənbəyə istinadən xəbər verir.
Bir neçə həftə əvvəl Mask Twitter-in 1500 əməkdaşı olduğunu bildirmişdi. Lakin o, bu rəqəmə şirkətin podratçılarının daxil olub-olmadığını açıqlamayıb.
Bununla belə, Business Insider mənbələri real rəqəmin daha da aşağı olduğunu, 1000 nəfər olduğunu bildirir.
Doğru.az