image-2000x150px
image-123
image-ads_atlas
image-poxmelbackend

İngilislər fransızlarla müqayisədə “paxmeldən” iki dəfə çox əziyyət çəkir

image-728x90px
Dünyada ən çox spirtli içki qəbul edən xalq kimi fransızların adı hallansa da, bunun əzabını hamıdan çox çəkən ingilislər imiş.

 Bununla bağlı “Global Consumer Survey” agentliyi xüsusi tədqiqat aparıb. Məlum olub ki, britaniyalı hər beş respondentdən biri (18 faizi) alkoqol qəbul etdiyi günün səhəri başağrısından əziyyət çəkir. Beləliklə, ingilislər tədqiqatlara cəlb olunmuş 8 ölkənin vətəndaşları arasında “paxmel” diskomfortuna hamıdan çox uğrayan avropalılardır.

Yeri gəlmişkən, Böyük Britaniyanın qida əlavələri istehsalçısı “Survivor”un hesablamalarına görə, krallığın orta statistik sakini ay ərzində azı iki dəfə spirtli içki qəbulundan sonrakı 36 saat ərzində özünə gəlməkdə çətinlik çəkir.

“Macmillan Cancer Support” sağlam həyat təkilatının qiymətləndirməsi isə göstərib ki, içki aludəçisi britaniyalı həyatının az qala bir ilini (325 gün) alkoqoldan sonrakı xoşagəlməz əlamətləri aradan qaldırmağa həsr edir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki