image-n1karobka_ads
image-123
image-1087869-1backend

İran ABŞ və İsraili hədələdi

image-ad_qayo_720x110px

İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ABŞ-ın İrana qarşı mümkün hərbi təcavüzü ilə bağlı sərt xəbərdarlıq edib.

Doğru.az xəbər verir ki, İRİB xəbər agentliyinin məlumatına görə, Qalibaf bildirib ki, İrana zərbə endiriləcəyi təqdirdə İsrail və ABŞ-ın Yaxın Şərqdəki bütün hərbi obyektləri Tehran üçün qanuni hədəf olacaq. Onun sözlərinə görə, bu siyahıya ABŞ-ın bölgədə yerləşən bazaları, hərbi mərkəzləri və gəmiləri də daxildir.

Qeyd edək ki, daha əvvəl Reuters mənbələrə istinadən İsrailin İranda baş verən kütləvi etirazlar və ABŞ-ın mümkün müdaxiləsi fonunda yüksək hazırlıq vəziyyətinə keçdiyini yazıb.

The New York Times nəşri ABŞ dövlət katibi Marko Rubio ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığının əsas mövzusunun İrandakı etirazlar olduğunu bildirib.

The Wall Street Journal isə ABŞ prezidenti Donald Tramp administrasiyasının İrana mümkün zərbələrin hədəflərini müzakirə etdiyini qeyd edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki