image-n1karobka_ads
image-123
image-israil-felestin-savasbackend

İran eksperti: İsrail HƏMAS-ı məhv edir

İsrail HƏMAS-ın 24 batalyonundan 18-ni artıq məhv edib. İsrail tam qələbəyə çatana qədər döyüşə davam edəcək.

Doğru.az xəbər verir ki, bu haqda iranlı ekspert Əşkan Səfayi İsrailin müdafiə naziri Yoav Qallantın mətbuat konfransındakı danışığını şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, İsrail ordusunun Rəfaha girməsi və orda hərbi əməliyyatlara başlaması gözləniləndir. İsrail indiyədək bu qrupun, xüsusilə də Yəhya Sinvarın ən məxfi saxlanma yerlərinə girməyə və kəşfiyyat sirləri əldə etməyə müvəffəq olub. Rəfahda olan HƏMAS liderlərinin aqibəti Xan Yunisdə olanlarla oxşar olacaq.”

“ABŞ Dövlət Departamenti bildirib ki, əgər İsrail Rəfahda hərbi əməliyyat keçirəcəksə, iki mühüm məsələyə diqqət etməlidir: 1 milyondan çox evsiz fələstinlinin bu şəhərin mərkəzində məskunlaşması məsələsi və Rəfah keçidinin humanitar yardımların çatdırılması üçün əsas yol olması”, – deyə o, bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki