Doğru.az xəbər verir ki, “Rosatom”un rəhbəri Aleksey Lixaçev RİA Novosti-yə açıqlamasında İranın Buşehr Atom Elektrik Stansiyasının normal işlədiyini bildirib.
O qeyd edib ki, İrana endirilən zərbələr ölkənin atom elektrik stansiyasının yerləşdiyi hissəsinə təsir etməyib.
Bundan əvvəl Özbəkistanın Atom Enerjisi Agentliyinin (Uzatom) rəhbəri Azim Axmedxadjaev yaxın vaxtlarda Rosatom ilə böyük atom elektrik stansiyası tikmək planlarını açıqlamışdı.
DOĞRU.AZ