İran rəhbərliyi etiraf edir ki, İsraillə düşmənçilik yenidən alovlana bilər və Tehran Yaxın Şərqdə baş verə biləcək hər bir ssenariyə hazırdır.
Doğru.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Şərq Əl-Avsat” nəşrinə müsahibəsində deyib.
“Hər şey mümkündür, biz istənilən şəraitə hazırıq”, – deyə o bildirib.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi: əgər Tehran nüvə potensialı üzərində işləməyə davam etsə, ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməyə hazır olacaq.
DOĞRU.AZ