image-n1karobka_ads
image-123
image-68590907ae5ac908082d5568backend

İran parlamentinin sədri Trampın zərbələrini strateji səhv adlandırıb

İran Məclisinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ prezidenti Donald Trampın İrana zərbə endirmək qərarını strateji səhv adlandırıb.

İranın Tasnim xəbər agentliyi onun sözlərindən sitat gətirir : “Dəli Amerika prezidenti rəsmi və birbaşa İrana qarşı müharibəyə girməklə… öz strateji səhvini tamamladı”.

Bundan əvvəl NBC telekanalı bildirmişdi ki, Kanadada keçirilən G7 sammiti zamanı Amerikanın İranın nüvə obyektlərinə zərbə endirməsindən bir neçə gün əvvəl İran Trampa hücumlar baş verəcəyi təqdirdə ABŞ ərazisində “terrorçuların yatmış hüceyrələrini” aktivləşdirəcəyi ilə hədələyən mesaj göndərib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın İrana zərbəsini gözlənilməz nəticələri olan eskalasiyanın yeni mərhələsi adlandırıb.

İyunun 22-nə keçən gecə Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə uğurlu hücumu həyata keçirdiyini açıqlayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki