image-n1karobka_ads
image-123
image-684c1068ae5ac936a954ca9bbackend

İran prezidenti Pezeşkian deyib ki, ölkə düşmənləri hücuma görə peşman edəcək

İran silahlı qüvvələri öz ərazilərinə edilən hücuma elə cavab verəcək ki, düşmənləri etdiklərinə görə peşman olacaqlar, ölkə prezidenti Məsud Pezeşkian xalqa müraciətində deyib.

“İran xalqı və ölkə hakimiyyəti bu cinayət qarşısında səssiz qalmayacaq və İslam Respublikasının qanuni və güclü cavabı düşməni öz axmaq hərəkətlərinə görə peşman edəcək”, – TASS onun sözlərindən sitat gətirir.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, İsrailin hücumuna cavab vermək üçün heç bir məhdudiyyət yoxdur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki