image-n1karobka_ads
image-123
image-jhvhjk4465backend

İran Rusiyanın Yaxın Şərq nizamlanmasında öz rolunu oynamasını gözləyir

İran hakimiyyəti Rusiyanın Yaxın Şərqdə İsrail və ABŞ-ın İslam Respublikasına zərbələrindən sonra yaranmış eskalasiyanın həllində rol oynayacağını gözləyir.

Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi açıqlama verib.

O qeyd edib ki, Tehran və Moskva arasında çoxillik dostluq münasibətləri, eləcə də Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi mövcuddur. Baqai həmçinin əmin olduğunu bildirib ki, regionda baş verən hadisələr beynəlxalq arenada mühüm oyunçu kimi Rusiya üçün vacibdir.

“Bizim bu ölkədən həm BMT Təhlükəsizlik Şurasında, həm də regional səviyyədə çoxtərəfli səviyyədə rolu ilə bağlı müəyyən gözləntilərimiz var”, – RİA Novosti onun sözlərindən sitat gətirir.

Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskva ilə Vaşinqton arasında əlaqələr , o cümlədən İran məsələsi barədə məlumat verib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki