İranın xarici işlər naziri Abbas Əraqçi MAQATE-nin baş direktoru Rafael Qrossini İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsini pisləməyə çağırıb.
Bu barədə Əraqçi ilə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəhbəri şahzadə Feysəl bin Fərhan Əl Səud arasında telefon danışığından sonra İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.00
İranın xarici işlər naziri Qrossini “açıq mövqe tutmağa və sionist rejimin təcavüzkar hərəkətini pisləməyə” çağırıb.
İyunun 13-nə keçən gecə İsrailin müdafiə naziri İsrael Katz İrana “önləyici zərbə” endirdiyini açıqlayıb.
İsrailin baş naziri Benyamin Netanyahu İsrailin hədəfləri arasında nüvə fizikləri və Natanz obyektinin olduğunu açıqlayıb.
DOĞRU.AZ