İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gün İsrailə qarşı hücumunda yeni raketdən istifadə edib, İslam Respublikası Müdafiə Nazirliyinin sözçüsü bildirib.
Təsnim xəbər agentliyi bəyanatdan sitat gətirib : “Silahlı qüvvələrin bu gün sionist rejimə hücumu zamanı yeni raketdən istifadə edilib ki, sionistlər bunu vurmazdan əvvəl fərqinə belə varmayıblar”.
Bundan əvvəl İran Quru Qoşunlarının komandanı Kayumars Heydari bildirib ki, Tehran yaxın saatlarda yeni silahlardan istifadə etməklə İsrailə hücum edəcək.
SEPAH daha sonra İsrail hərbi kəşfiyyatının binasına və İsrail kəşfiyyat xidməti Mossad-ın qərargahına hücum edildiyini təsdiqləyib.
DOĞRU.AZ