image-n1karobka_ads
image-123
image-1768362074_images-78backend

İranla bağlı Qorxunc İDDİA: Ölənlərin sayı 20 minə çatır

image-ad_qayo_720x110px

İranda hökumət əleyhinə etirazlar zamanı baş verən insan tələfatı ilə bağlı narahatedici məlumatlar yayılıb. Bildirilir ki, ölənlərin sayı indiyədək açıqlanan rəqəmlərdən xeyli çox ola bilər.

Sfera.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, indiyədək azı 12 min nəfərin həlak olduğu iddia olunur. Lakin real rəqəmin 20 minə qədər yüksəlməsi ehtimal edilir.

Telekanal qeyd edir ki, bu rəqəmlər müxtəlif mənbələrdən toplanan məlumatlara əsaslanır. İranda rəsmi statistik göstəricilərin açıqlanmaması isə itkilərin dəqiq sayının müəyyənləşdirilməsini çətinləşdirir.

Məlumatda vurğulanır ki, ölkədə vəziyyətlə bağlı məlumat axınının məhdud olması səbəbindən real mənzərənin daha ağır ola biləcəyi istisna edilmir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki